Gündəm 

Duz bazarında antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti duz bazarında araşdırmalar aparır.

Xidmətdən AZƏRTAC-a bildirilib ki, araşdırma zamanı “Azərbaycan Duz İstehsalat Birliyi” ASC və “SunFood” MMC tərəfindən antiinhisar qanunvericiliyinin pozulması əlamətləri aşkar olunaraq həmin təsərrüfat subyektləri barədə iş qaldırılıb.

İşə baxılması barədə məlumatlar Dövlət Xidmətinin rəsmi internet səhifəsində (https://competition.gov.az/az/page/melumat-merkezi/faydali/baxilacaq-islerin-cedveli.) yerləşdirilib.

Xatırladaq ki, qanun pozuntusu halları ilə rastlaşan sahibkarlar “195-1” Çağrı mərkəzi, elektron poçt (office@competition.gov.az) və digər vasitələrlə Dövlət Xidmətinə müraciət edə bilərlər.

Daha çox xəbərlər