Bakıda kütləvi DAVA: Yaralı və saxlananlar var
Bakının Binəqədi rayonunda dava zamanı 3 nəfər ağır xəsarət alıb.
APA xəbər verir ki, hadisə avtomobil ehtiyat hissələri bazarında qeydə alınıb.
Avtomobil ehtiyat hissəsi mağazasının satıcıları – 1994-cü il təvəllüdlü Zöhrabov Elnur Əziz oğlu, 1997-ci il təvəllüdlü Əliyev Fikrət Əziz oğlu və onun əkizi Əli mağazanın müştəriləri tərəfindən döyülərək ağır bədən xəsarətləri alıb. Hər üç yaralı müxtəlif bədən xəsarətləri aldığından 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.
Qarşıdurma ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları iki nəfəri saxlayıb.
Faktla bağlı cinayət işi başlanılıb.