Siyasət 

Prezident İlham Əliyev Azər Mustafazadəni “Əmək” ordeni ilə təltif edib

Prezident İlham Əliyev A.A.Mustafazadənin 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

ARANTV.AZ azərtac-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında nəşriyyat işi və jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Azər Abdulla oğlu Mustafazadə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.

Daha çox xəbərlər