Cəmiyyət 

Anasından xəlvət evdə oğlanla görüşən 13 yaşlı qızdan dəhşətli addım

Evə daxil olan qadın qızını 18 yaşlı oğlanla bir yerdə tutub.

Anasının evdə oğlanla yaxaladığı 13 yaşlı qız intihar edib.

ARANTV.AZ  aznews.az-a istinadən xəbər verir ki, hadisə Rusiya Federasiyasının paytaxtı Moskvada baş verib. Belə ki, işdə olan ana qızından xəbər almaq üçün dəfələrlə evə zəng edib. Lakin 7-ci sinif şagirdi olan qız telefonu açmayıb. Narahat olan ana işdən icazə alaraq evə gəlib. Evə daxil olan qadın qızını 18 yaşlı oğlanla bir yerdə tutub. Bir müddət sonra oğlan evi tərk edib.

Kofe içmək üçün mətbəxə keçən ana geri qayıtdıqda qızının pəncərədən özünü ataraq intihar etdiyinin şahidi olub.

Qadının sözlərinə görə, oğlanla yeniyetmə qızı arasında heç bir intim münasibət olmayıb.

Ağır bədən xəsarətləri alan qız 2 saatdan sonra xəstəxanada keçinib.

Daha çox xəbərlər