Cəmiyyət 

Azərbaycanda körpə zəncirbəndin başlığını uddu – FOTO

Azərbaycanda 5 aylıq körpə zəncirbəndin başlığını udub.

ARANTV.AZ  bildirir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, Salyanda 5 aylıq Sevinc Məmmədova zəncirbəndin üzərində olan ulduz formalı qıfıllıcanı ağzına götürüb. Bu zaman udduğu qıfıllıca onun tənəffüs yolunda ilişərək qalıb. Çarəsiz durumda olan azyaşlının valideynləri onu paytaxtda yerləşən 1 saylı Kliniki Tibbi Mərkəzə gətiriblər. Cərrah Allahverdi Musayev körpəni əməliyyat edərək onun tənəffüs yolunda qalan qıfıllacı çıxarıb. Hazırda Sevinc Məmmədovanın vəziyyəti stabildir.
Azərbaycanda körpə zəncirbəndin başlığını uddu - FOTOAzərbaycanda körpə zəncirbəndin başlığını uddu - FOTO

Daha çox xəbərlər