Kriminal 

20 yaşlı gənci tanımadığı şəxs bıçaqladı — Bakıda

Nəsimi rayonunda 20 yaşlı oğlan tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

ARANTV.AZ xəbər verir ki, hadisə gecə saatlarında Nəsimi rayonunun Səməd Vurğun küçəsində baş verib. 20 yaşlı Vəliyev Kənan Zahid oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Fakt Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırılır.


Ölkə.Az

Daha çox xəbərlər