Hadisə 

Qaradağda avtobus qəzası: Xəsarət alanlar var

Qaradağ rayonunun Ələt qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib

ARANTV.AZ-ın məlumatına görə, sərnişin avtobusu yük avtomobilinə çırpılıb.

Hadisə nəticəsində sərnişinlər xəsarət alıb.

Onlar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Səhiyyə Nazirliyindən saytımıza bildirilib ki, hadisə nəticəsində üç nəfər yaralanıb:

“26 yaşlı qadın sağ ayağı və sol əlindən, 37 yaşlı kişi kəllə-beyin, 18 yaşlı gənc isə qapalı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib”.

Nazirlikdən qeyd edilib ki, yaralıların vəziyyəti orta-ağırdır.

Qeyd edək ki, Qaradağ rayonunda qəzaya uğrayan sərnişin avtobusu Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən müntəzəm marşrut xətlərinə aid deyil. Avtobusun Gürcüstan-Azərbaycan marşrutu üzrə sərnişin daşıdığı bildirilir.oxu.az

Daha çox xəbərlər