Bakıda qadın ərini döydü – Kişi ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi
Gecə paytaxtın Binə qəsəbəsi Südçülük sovxozu adlanan ərazisində qadın ərini döyüb.
ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, hadisə ailə münaqişəsi zəminində baş verib.
Qadın həyat yoldaşı, 1985-ci il təvəllüdlü Mirzəyev Zaur Camal oğluna xəsarət yetirib.
Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

