Gənclər hərbi xidmətə yola düşüblər
ARANTV.AZ xəbər verir ki, Gənclərin həqiqi hərbi xidmətə çağırılması haqqında respublika prezidentinin sərəncamının icrasına başlanılıb. Çağırışçılar vətənin müdafiəsinə böyük ruh yükəskliyi ilə yola düşürlər.
Ağdaşda çağırış yaşı çatan gənclərin bir qrupu ordu sıralarına yola salınıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkil etdiyi “Vətənin müdafiəsinə hazıram!” adlı tədbirdə ölkəmizin iqtisadi və hərbi qüdrətinin artdığı bildirilib, ordu quruculuğunda qazanılan uğurlardan danışıblıb. Çağırışçılara Vətənin layiqli əsgəri olmaq, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmaq tövsiyə edilib Çağırışcılar da Azərbaycan Ordusuna, Vətənə xidmət etməyə yola düşdüklərindən qürur duyduqlarını bildiriblər.
Tədbir hərbi-vətənpərvərlik mahnılarının səslənməsi ilə davam edib. Sonda çağırışcılar Azərbaycan bayrağının altından keçərək hərbi hissələrə yola düşüblər.

