Region Xəbərləri 

Şamaxıda qəza: sürücü yaralandı – FOTO

Şamaxıda yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ-ın məlumatına görə,hadisə bu gün 11 radələrində şəhərin avtovağzal dairəsində qeydə alınıb.

Bakı istiqamətində olan yük avtomobili dairədə hərəkətdə olan minik avtomobili ilə toqquşub.Qəza nəticəsində minik avtomobilinin sürücüsü 1974-cü il təvəllüdlü Şamaxı rayon Göylər kənd sakini Bayramov Səyyad Adil oğlu ağır bədən xəsarətləri alıb.

​O, Şamaxı rayon Mərkəzi xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər