Bakıda yolda 37 yaşlı qadını vurub qaçdılar
Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
ARANTV.AZ publika.az-a istinadən xəbər verir ki, Nərimanov rayonu Aşıq Molla Cümə küçəsində avtomobil 37 yaşlı qadını vurub. Ağır xəsarət alan piyada xəstəxanaya aparılıb.
Hadisəni törədən sürücü nəqliyyat vasitəsi ilə birgə ərazidən uzaqlaşıb.
Faktla bağlı araşdırmalara başlanılıb.

