Gündəm 

Daha yaxşı gələcək naminə şəhərlərimizi gözəlləşdirək

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında cari ilin 27 iyun tarixində “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı 11-ci sessiya Ümumdünya Şəhər Forumu öz işinə başladı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forum iştirakçılarını salamlayaraq ümumdünya şəhər forumunda çıxış etməyindən öz məmnunluğunu bildirib. Ölkə başçısı Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün bu il 30 illiyinin tamam olmasına diqqət çəkərək, bu mühüm hadisəni Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində münaqişədən və pandemiyadan sonrakı dövrdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunma ilə bağlı BMT qurumlarının iştirakı ilə təşkil edilmiş tədbiri xüsusi olaraq vurğulayıb. Prezident onu da qeyd edib ki, tədbir özündə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmanın azad edilmiş ərazilərin dirçəldirilməsi və orada həyatın öz axarına qaytarılmasını əhatə edir.

Eyni zamanda, dövlət başçısı paytaxt Bakının inkişafı onun tarixi simasını qorumaqla yanaşı şəhərin infrastrukturunun yenidən qurulmasına və müasirləşdirilməsinə nail olunduğunu və bu istiqamətdə yeni imkanlar və təcrübə əldə edildiyini forum iştirakçılarına bildirib. Misilsiz memarlığı park və bukvarları ilə tarixi irsi və müasirliyi özündə birləşdirən Bakı ən gözəl şəhərlərdən hesab edilir.

Prezident İlham Əliyev tədbir iştirakçılarına Dayanıqlı Şəhər İnkişafını Vətən müharibəsindən sonrakı dövrdə böyük əhəmiyyət kəsb etdiyini, 30 illik işğal zamanı şəhər və kəndlərin mədəni və dini abidələrin talan edilərək urbisid və kultursid nümunəsinə çevrilməsindən danışıb. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi o cümlədən Ağdam şəhəri o hala salınıb ki, əcnəbi mütəxəssislər onu Qafqazın Xirosiması adlandırıblar. Füzuli şəhəri azad olunanda müzəffər ordumuz orada bayrağımızı dalqalandırmaq üçün bir dənə də olsun tikili tapa bilməyib. Mənfur düşmən Azərbaycanın işğal altında olan ərazilərinə bir milyondan artıq mina basdırıb. 220-dən artıq Azərbaycan vətəndaşı mina partlaması nəticəsində həlak olub.

Forumda məqsəd Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inkluziv təhlükəsiz, dözümlü şəhər və kəndlərin inşasına yönələn hədəflərimizi dünyaya çatdırmaqdır və bu işləri Azərbaycan öz resursları hesabına həyata keçirir.

Dövlət başcısı sonda Azərbaycanın Ümumdünya Şəhər Forumuna ev sahibliyi etmək arzusunu və buna hazır olduğunu bildirərək forum iştirakçılarına uğurlar arzulayıb.

Eyyub Cumayev,
“Yeni Klinika”nın İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı

Daha çox xəbərlər