Bakıda itkin düşən azyaşlı tapılaraq sığınacağa yerləşdirilib
Bakıda itkin düşmüş azyaşlı qız polis əməkdaşları tərəfindən aşkarlanıb.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, ötən gün Nəsimi rayonu 3-cü mikrorayon ərazisində itkin düşmüş uşağa polis əməkdaşları yardım edərək onu Azərbaycan Uşaqlar Birliyi – Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə təhvil veriblər.
Mərkəzdən verilən məlumata görə, Məryəm adlı uşağın 6 yaşı var.
Azyaşlının dilənçiliyə cəlb edilməsi versiyası istisna edilmir.

