Gürcüstanda dəhşət — Liftçi uşaqları zorlayıb videoya çəkib

Tiflis şəhər məhkəməsi pedofillikdə şübhəli bilinən yerli sakinə hökm oxuyub.

ARANTV.AZ  xəbər verir ki, məhkəmənin hökmü ilə o, 8 il 9 ayını həbsdə keçirəcək.

Məlum olub ki, müttəhim uşaqları zorlayaraq bunu videoya çəkib. O, 2017-ci ildə saxlanılıb. Məhkəmə qapalı keçirildiyi üçün detallar barədə məlumat yoxdur.

Müttəhimin 43 yaşı var. Tiflis binalarının birində liftçi işləyir. O, cinayətlərinin də çoxunu məhz liftdə həyata keçirib. Prokurorluğun xəbərinə əsasən, liftçi 16 uşaqla cinsi əlaqədə olub. Onlardan ən böyüyünün 14, ən kiçiyinin 10 yaşı var.

Tibbi ekspertiza isə onun əqli cəhətdən normal olduğu barədə akt tərtib edib.


Ölkə.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir