Hadisə 

İntihar edən Laçının atası ilk dəfə DANIŞDI – FOTO

Xəbər verdiyimiz kimi, Şərur rayonunun Zirvə kənd sakini Laçın Ümman qızı Rzayeva imtahan nəticələrinin zəif olduğu üçün intihar edib.

Mətbuatda yayılan məlumata görə, 17 yaşlı gənc intihardan əvvəl sosial şəbəkədə paylaşım edib. Paylaşıma əsasən, ata evdən çıxarkən “Mən işdən qayıdınca özünü öldür” deyib, övladı isə bunu ciddi qəbul edib.

İntihar edən Laçının atası ilk dəfə DANIŞDI - FOTOBununla bağlı Laçının atası Ümman Rzayev Sonxeber.az-a açıqlama verib.

O bildirib ki, Laçının telefonu olmayıb, onun adından bu paylaşımı kimsə yayıb:

“Laçının dostları yüksək bal topladıqlarını, universitetə qəbul olduqlarını deyiblər. Əslində yalan deyiblər, dostları da qəbul olmayıblar. Laçının balı kollecə çatırdı. Az bal toplamağı özünə yaraşdırmayan Laçın intihar edib. Laçının anası müəllim, bibisi tibb bacısıdır. İmtahandan sonra Laçına dedim ki, “get kollecdə oxu”. Hansı ata övladına deyər ki, “get özünü öldür”. Laçının adından kimin bu mesajı yaydığını bilmirəm. Bununla bağlı polisə müraciət etmişəm, araşdırılır. Düşmənimi mən də tanıyıb cəzasını vermək istəyirəm. Bunu pul və reytinq xatirinə ediblər”.

İntihar edən Laçının atası ilk dəfə DANIŞDI - FOTOİntihar edən Laçının atası ilk dəfə DANIŞDI - FOTOİntihar edən Laçının atası ilk dəfə DANIŞDI - FOTOİntihar edən Laçının atası ilk dəfə DANIŞDI - FOTO

Daha çox xəbərlər