Gündəm 

Lal ol! Danışma!

Hakimiyyətdə olduqları müddətdə hay-küyləri ilə özlərini iş görən kimi  göstərən AXC-Müsavat cütlüyünün tör-töküntülərinin lazım olmayan məqamlarda istifadə etdikləri metod

İqtidarda olduqları qısa müddətdə  Azərbaycanı iflic vəziyyətinə salan, ölkədə özbaşınalıq yaradan, xalqa məxsus dövlət sərvətlərini satıb, şəxsi büdcələrini  zənginləşdirən  Xalq Cəbhəsi-Müsavat cütlüyünün xəyanətkarlarının əli silahlı quldurları insanları incidir, işgəncələr verirdilər. Özlərini demokrat adlandıran bu ünsürlərin səriştəsizlikləri üzündən  çörək qıtlığı belə  yaranmışdı. AXC-Müsavat cütlüyü dövründə  xarici səfirlər prezidentin kabinetinin qapısını ayaqları ilə açırdılar, adı dövlət başçısı olsa da, idarəçilik təcrübəsi olmayan başçıya göstərişlər verirdilər. Xəzinəsi boş olan respublikaya
kredit verən belə yox idi. Qanunların işləmədiyi,  insan hüquqlarının qorunmadığı ölkədə oğurluq, talançılıq baş alıb gedirdi. Torpaqların Ermənistan tərəfindən işğalını unudan «demokratların» səbatsızlığı üzündən  ölkədə yaranan  qarşıdurma  vətəndaş müharibəsinin başlanması üçün qığılcım idi. Hakimiyyət daxilindəki çəkişmələr, kreslo uğrunda  davam edən intriqalar  Azərbaycanın varlığını,  xalqın taleyini arxa plana keçirmişdi.

O dövrdə Azərbaycanda baş verən   hərc-mərcliyi «Kəlbəcər 1993-cü ilin aprel ayında işğal altına düşmüşdü. O vaxt hakimiyyətdə olan AXC-Müsavat xəyanətkar cütlüyü Kəlbəcəri nəinki müdafiə etmirdi, hətta Kəlbəcəri qurban verməyə hazır idi, bunu da etdi. Ondan əvvəl Laçın və Şuşa işğal altına düşdü və Kəlbəcərin işğal altına düşməsi ermənilərin planlarında idi. AXC-Müsavat hakimiyyəti talançılıqla, soyğunçuluqla məşğul olurdu, orduya, ordu təchizatına fikir vermirdi, bu bölgədə yaşayan insanlara fikir vermirdi, onlara biganə yanaşırdı və Kəlbəcər işğal altına düşdü. Beləliklə, Ermənistan öz arzularına, çoxəsrlik arzularına çatdı ki, Qarabağla, – o zaman «Dağlıq Qarabağ»” adlandırılırdı, – bu bölgə ilə Ermənistan arasında canlı bağlantı olsun. Kəlbəcər, Laçın dağları bu bağlantının qabağını almışdı. Kəlbəcərin itirilməsi strateji nöqteyi-nəzərdən böyük faciə idi. Eyni zamanda, burada yaşayan insanların bir çoxu ermənilər tərəfindən öldürülüb, buradan çıxa bilən insanların bir çoxu Murov dağlarında donub və həyatlarını itirib» sözləri ilə xarakterizə edən Prezident İlham Əliyevin vurğuladığı kimi, insanların taleyi  o dövrün iqtidarı üçün önəmli deyildi. Kəlbəcərin işğalından sonra Ermənistanla əlaqəsini kəsən Türkiyədən fərqli olaraq « cəbhəçilər» işğalçı ölkəyə yanacaq satmaq klanlarını dayandırmadılar

Sadalanan bu faktları əbəs yerə xatırlatmadıq.  Şuşanın, Laçının, Kəlbəcərin  Ermənistan tərəfindən işğalı üçün şərait yaradan, torpaq təəssübünü, vətəndaşlıq mövqeyini itirən AXC-Müsavat iqtidarının   tör-töküntüləri  Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbəni  nəinki   susqunluqla qarşıladılar, hətta ermənilər kimi məyus oldular. İşğaldan azad olunan torpaqlarda aparılan bərpa-quruculuq işləri,  Ağalıya qayıdış belə onların itirilmiş vicdanlarını oyatmadı.

Amma Azərbaycanın əleyhinə danışmaq lazım gələndə səsləri ucadan eşidilir. Bütün dünyanın, qüdrətli dövlətlərin  ölkəmizin uğurlarını etiraf etdiyi, əməkdaşlıq münasibətlərinin genişləndiyi indiki zamanda belə  Azərbaycan əleyhinə təxribatlarından əl çəkmirlər.  AXCP sədri Əli Kərimlinin təxribat maşını olan xarici ölkələrdəki antimilliləri «islahatçı sədrin» göstərişlərinə uyğun «qara piar»larını davam etdirirlər.

AXC- Müsvat iqtidarı dövründə  dünyadan təcrid olunmuş dövlət kimi tanınan  Azərbaycan indi  Prezident,  Ali Baş Komandan  İlham Əliyevin  iradəsi, qətiyyəti sayəsində  siyasi, iqtisadi platformaya çevrilib. Respublikamızda keçirilən biri-birindən əhəmiyyətli tədbirlərdə, konfranslarda iştirak edən xarici qonaqların heyrətlə izlədikləri Azərbaycan reallıqları antimilli ünsürlərə çatmır. Buna görə də xarici ölkələrdə onları yemləyənlərin əlində vasitə olan milli xəyanətkarların   sözlərinə əhəmiyyət verilmir.  1993-cü ildə  Ermənistana təhvil verdikləri, İkinci Qarabağ müharibəsində  Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə  Milli Ordumuz tərəfindən azad edilən  Kəlbəcərin  son günlərdə  davamlı atəşə tutulmasını da  ermənisayaq qarşılayan Əli Kərimli kimi onun himayəsində olan «Milli Şura»nın antimilliləri yenə də  «Lal ol! Danışma!» siyasətlərinə sadiqdirlər.

Əslində onların danışmasına ehtiyac da yoxdur.  Prezident İlham Əliyevin ətrafında birləşən  Azərbaycan xalqının dünyaya yayılan gur səsi müqabilində  belə xəyanətkarlara əhəmiyyət verən olmadığı kimi, dediklərinə də inanan  yoxdur. Bu gün bütün dünya dövlətləri  Azərbaycanla əməkdaşlıqda daha çox maraqlıdır.  Nəinki belə satqınların yalanlarını dinləməyə.   Qalib Milli Ordumuzun rəşadətinin dünyada heyrətlə izlənildiyi  bir məqamda erməniləri dəstəkləyən antimillilərin danışması ilə susmasının fərqi yoxdur. Buna görə də  Əli Kərimlinin formalaşdırdığı  xəyanətkarların varlığı ilə yoxluqları da  bilinmir.

Daha çox xəbərlər