İlkin tibbi yardım haqqında öyrənirik!
Mərkəzimizdə Azərbaycan Qızıl Aypara Cəmiyyəti Bərdə rayon bölməsinin əməkdaşları tərəfindən “İlkin tibbi yardım” təlimi keçirilib.
Təlim zamanı gənclərə damarların zədələnməsi, yaralar, yanıqlar, suda boğulma, dəm qazından boğulma, sümüklərin sınması, burxulması və donmalar zamanı ilkin tibbi yardım haqqında məlumat verilib.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.






