Gəncədə azyaşlı ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb
Gəncə şəhərində azyaşlı ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.
ARANTV.AZ-ın məlumatına görə, 2016-cı il təvəllüdlü Gəncə şəhər sakini Z.Zeynalova ehtiyatsızlıqdan bel və kürək nahiyəsinə qaynar su tökülməsi nəticəsində 2-ci və 3-cü dərəcəli yanıq diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Azyaşlıya yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

