Emin Kəlbəcərdən fotolar paylaşdı
Xəbər verdiyimiz kimi, Rusiyada məşhurlaşan azərbaycanlı müğənnilər işğaldan azad olunan torpaqlara gediblər.
ARANTV.AZ xəbər verir ki, Xalq artisti Emin Ağalarov Kəlbəcərdən fotolar yayımlayıb.
“Bugün Kəlbəcərdə Vətənimizin müdafiəçiləri qarşısında çıxış etdiyim üçün böyük qürur hissi duyuram. Yaşa doğma Azərbaycan! Eləcə də, böyük məmnuniyyətlə və qürur hissi ilə tədbirdə iştirak edən bütün həmkarlarıma təşəkkürlərimi bildirmək istəyirəm: Bahh Tee və Turken, Jony, Rauf & Faik, Ellai”.








