Hadisə 

Bakı-Quba yolunda dəhşətli qəza – ÖLƏN VƏ XƏSARƏT ALAN VAR

Bakı-Quba yolunda ağır avtomobil qəzası baş verib.

ARANTV.AZ xəbər verir ki, magistralın 86-cı kilometrliyində – Siyəzən rayonu ərazisində “Ford” və “KİA” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində avtomobillərdə olan şəxslərdən 1979-cu il təvəllüdlü İlyasov Natiq Arif oğlu aldığı xəsarətlərdən vəfat edib. 1993-cü il təvəllüdlü Quliyev Fuad Firid oğlu isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.publika.az

Daha çox xəbərlər