Siyasət 

Xorvatiyalı nazir Bakıya səfər edəcək

Aprelin 29-da Xorvatiyanın Baş nazirinin müavini, xarici və Avropa əlaqələri nazirinin Bakıya rəsmi səfəri planlaşdırılır.

ARANTV.AZ bildirir ki, Xorvatiyanın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, nazir Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə birgə Xorvatiya-Azərbaycan biznes forumunda iştirak edəcək.

Daha sonra xorvatiyalı nazir Xorvatiyanın Bakıdakı əfirliyinin açılış mərasiminə qatılacaq.

Daha çox xəbərlər