Cəmiyyət 

Oyun asılılığı, yoxsa xəstəlik?

Psixoloqlar bildirirlər ki, oyun oynama pozuqluğu, digər asılılıqlar kimi günlük rutin fəaliyyətlərin axsamağına səbəb olur, həyat səviyyəsini aşağı salır.

Hətta problem o qədər geniş yayılıb ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bunu artıq xəstəlik kimi qəbul edir. Uşaqları və gəncləri təsiri altına alan oyun asılılığı “Gaming Disorder” adı ilə qeyd olunur. Beynəlxalq Xəstəlik Təsnifatına  görə də bu, bir xəstəlikdir və bunun üç əlaməti qeyd olunur. Bu 3 əlamət nəzarətin itirilməsi, oyunun adamın günlük yaşamında ən asas amilə çevrilməsi və yaxşı nəticələr əldə olunmamasına baxmayaraq, oyuna son verməməkdir.

Kompüter, tablet və telefon oyunları ilə daha yaxın olanlar, yeniyetməlik çağında olanlardır. Ancaq hər keçən gün bu risk qrupuna daha aşağı yaş qruplarından olanların da daxil olduğu görülməkdədir ki, bu da diqqət pozuqluğuna, depressiyaya yol açır. Həmçinin oyun asılılığına düçar olmuş uşaq və ya gənclər günün bütün saatlarında, xüsusilə, yuxudan duran zaman, yatmazdan əvvəl və həftə sonları sadəcə oyun oynamaq istəmələri onların təhsilində, sosial həyatlarında və sağlamlığında ciddi problemlərin yaranmasına səbəb olur. Oyun oynamadığı saatlarda isə çox sıxıldıqlarını, nələrinsə çatışmadığını, başqa heç bir şeylə maraqlanmaq istəmədiklərini söyləyirlər.

Mütəxəssislərin fikrincə, bunun əsas səbəbləri, son zamanlar valideynlərin övladları ilə ciddi məşğul ola bilməməyindən, bəlkə də, tənbəllik edib onları bir növ “başlarından etmək” istəyindən irəli gəlir. Oyun asılılığına düçar olmuş yeniyetmə və gənclər isə oyunlarda saxta profil adları ilə iştirak etməklə, səhv yöndə sosiallaşırlar.

Psixoloqlar məsləhət görürlər ki,  problemi qadağalar və cəzalarla deyil, doğru əlaqələrlə həll etmək daha doğrudur. Bir oyun planı yaradın və bunun düzənini təqib edin.  Uşağın yaşına uyğun bir vaxt və zaman aralığı müəyyən edin. Uşaqlarınızı çeşidli hobbilərə, fiziki çalışmalara və fəaliyyətlərə yönləndirin. Onların duyğularına dəyər verdiyinizi hiss etdirin.

Kompüter oyunlarına yalnız uşaqların özlərinə tapşırılan digər vəzifələri yerinə yetirdikdən sonra icazə verilməlidir. Məsələn, valideynlərə uşağın yalnız evdə tapşırıqlarını yerinə yetirdikdən sonra oynaya biləcəyi qaydanı qurmağı tövsiyə olunur. Belə ki, kompüter asılılığı uşaqların əlinə keçməməsi üçün oyunlar xüsusilə məktəb ilində gündə bir və ya iki saatdan çox oynamamalıdır. Kompüter oyunları məşğul valideynlərə əlavə vaxtlarını boş vaxtla təmin edə bilsələr də, yenə də bu əyləncə formasının uşağı üçün əsas istirahət formasına çevrilməməsini təmin etməlidirlər. Kompüter oyunlarına giriş avtomatik bir hüquq deyil, qazanılan bir imtiyaz kimi görülməlidir.

Mümkünsə iki kompüter alın. Biri oyunlar üçün, digəri isə ümumi istifadə üçün. Ümumi istifadə üçün cihazda oyunlar və ya sosial şəbəkələr quraşdırılmamalıdır. Bu, uşağın təhsil almaq üçün oyun olmayan bir cihazdan istifadə edərkən vaxtını oyunlara deyil, dərslərə sərf etməsinə inam verəcəkdir. Oyun konsolları, planşetlər, kompüterlər uşağın şəxsi otağına qoyulmamalıdır. Belə olduqda uşaqların nə etdiklərini və nə  oynadıqlarını izləmək daha asan olur.

İnternet asılıları üçün hazırlanmış faydalı vasitələrdən biri valideyn nəzarəti parametridir. Bu parametr artıq bütün müasir oyun konsollarında mövcuddur. Şifrə ilə qorunan bu seçimlər ümumiyyətlə valideynlərə uşaqlarının nə oynadıqlarını və kompüterdə nə qədər vaxt keçirdiklərini idarə etməyə imkan verir. Belə bir seçim olmadığı kompüterlərdə İnternetdən yüklənmiş xüsusi tətbiqlər quraşdıra bilərsiniz.

Daha çox xəbərlər