Manset Region Xəbərləri 

Bərdədə ilanlar evə hücum çəkib – FOTO

Bərdə rayonunun Zümürxan kəndində, məcburi köçkünlərin məskunlaşdığı Kərpic zavod adlanan ərazidə  yerləşən evlərin birinə ilanlar hücum çəkib.

ARANTV.AZ xəbər verir ki, ev sahibi Rəbiyyə Abdullayevanın  söylədiyinə görə, müxtəlif ölçülərdə ilanlar əsasən gündüz saatlarında evin yataq otağında görünür. R.Abdullayeva bildirib ki, son günlər evin həyətində bir neçə ilan öldürsələr də,  evdə yenə ilanlar var.

Ev sahibinin sözlərinə görə, ötən il həyətdə 120-dən çox ilan öldürüb. Zəhərli sürünənlərin ən çox  uşaqlara təhlükə yaratdığı üçün ev sahibi çox qorxur.

Daha çox xəbərlər