Əsas səhifə 

Prezident İlham Əliyev Azərbaycan xalqının və dövlətinin maraqlarını ən yüksək səviyyədə qoruyur

Lider olmaq və proseslərin nəbzini öz barmaqları altında saxlamaq istəyi çoxlarında ola bilər.Bu istəklə real lider olmaq arasında qət edilməsi əksər hallarda mümkün olmayan məsafə mövcuddur. Özlərinin müstəsna keyfiyyətləri sayəsində bu məsafəni qət etməyi bacaranlar liderə çevrilə bilirlər.Müasir dünyamızda insanları ən çox düşündürən suallardan biri də XXI əsrin siyasi liderinin hansı keyfiyyətlərə malik olması ilə bağlıdır.Hazırkı, olduqca mürəkkəb dövrümüzün insanı liderin ümumi keyfiyyətləri,siyasi portretinin ən incə məqamları haqqında kifayət qədər təsəvvürlərə malikdir.Lakin yaxın və uzaq dünyada gedən dinamik dəyişikliklər liderin obrazının yeni əlamətləri haqqında düşünməyi tələb edir.Müasir dövrün xüsusiyyətləri klassik liderlikdən bir çox cəhətlərinə,keyfiyyətlərinə görə ciddi fərqlənən yeni liderlik institutunun formalaşmasını şərtləndirir.Düşüncə tərzinə,davranış taktikasına və digər şəxsi keyfiyyətlərinə görə fərqlənən müasir lider lokal və qlobal səviyyədə dünyanı dəyişməyi bacaran lider.Yaxın və uzaq siyasi,iqtisadi,mədəni arealda cərəyan edən proseslərin dərindən təhlili az sayda olsa da,belə liderlərin varlığını müəyyənləşdirməyə imkan verir.Klassik liderlik konsepsiyası,həm də müasir liderə münasibətdə irəli sürülən və ya təbii olaraq meydana çıxan tələblər prizmasından yanaşmaqla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının əsl liderin bütün cizgilərini özünün mənəvi və siyasi simasında təcəssüm etdirdiyini asanlıqla görmək olar. İlham Əliyevin siyasi portretinin ən səciyyəvi xüsusiyyəti öz ifadəsini onun patriot və qurucu lider olmasında tapır.İnsan bir qayda olaraq müəyyən həyat fəaliyyəti sahəsində ümumi məqsədlərə çatılması istiqamətində məsuliyyəti öz üzərinə götürməklə,ətrafdakıların onu lider kimi qəbul etməsini şərtləndirir,əksər hallarda liderlik konkret fəaliyyət sahəsinin çərçivəsinə sığdırılmaqla onun miqyasının hüdudları göstərilir.

Prezident İlham Əliyevin liderliyinin miqyasının sərhədlərini isə müəyyənləşdirmək qeyri-mümkündür. İlham Əliyev dünyadakı çox nadir liderlərdəndir ki, onun siyasi portreti çərçivəsinə mənəvi, siyasi, hərbi lider obrazlarını yerləşdirmək mümkündür. Prezident  İlham Əliyevin hərtərəfli potensialı ona həyat fəaliyyətinin bütün sahələrində məsuliyyəti öz üzərinə götürmək imkanı verir.O, bütövlükdə dövlətin məsuliyyətini daşıyır və qlobal məsələlərlə bağlı ciddi təsir imkanlarının mövcudluğunu ortaya qoyur.Müasir dünya dövlətlərinin böyük əksəriyyətinin təcrübəsi göstərir ki,ölkə rəhbəri olmaq hələ lider olmaq demək deyildir.Bir çox hallarda dövlət başçısı öz ölkəsinin məsuliyyətini ya ümumiyyətlə daşıya bilmir,ya da qismən daşıya bilir.Belə siyasi subyektlərin qlobal proseslərə təsir imkanlarından isə ümumiyyətlə,danışmaq üçün əsas olmur.Qloballaşmanın insanın həyat fəaliyyətinin bütün sahələrinə sürətlə nüfuz etdiyi və dünya xalqlarının və dövlətlərinin qarşılıqlı asılılığının gücləndiyi hazırkı dövrümüzdə siyasi liderin keyfiyyətini ifadə edən əsas məqam onun həm öz dövlətnin məsuliyyətini tam daşımaq,həm də qlobal məsələlərdə fəallıq nümayiş etdirmək bacarığı ilə bağlıdır. İlham Əliyevin liderlik keyfiyyətləri, liderlik institunun formalaşmasına tamam fərqli baxışın ortaya qoyulmasının yəni, mövcud stereotiplərdən kənara çıxılmasının zəruriliyini asanlqla müəyyənləşdirmək mümkündür.İnsanın müəyyən amillərin təsiri altında və şəraitdə xüsusi keyfiyyətlər qazanaraq liderə çevrildiyini əsaslandıran mövqe böyük əksəriyyət tərəfindən dəstəklənir.İki əsrin dahisi olan Heydər Əliyevin malik olduğu liderlik keyfiyyətlərinin sonradan qazanılması qeyri-mümkündür. Heydər Əliyev lider kimi doğulmuşdur və onun unikal liderlik keyfiyyətləri İlham Əliyevə irsən keçmişdir. Bu məqamdan çıxış edərək “dahi lider” və “lider” məhfumları arasındakı sərhədləri müəyyənləşdirməyə cəhd etmək olar.Müəyyən amillərin təsiri altında lider olmaq mümkündür.Dahi lider isə, ancaq doğula bilər. İlham Əliyev lider kimi doğularaq,liderlik keyfiyyətlərini müasir dövrün reallıqları çərçivəsində mükəmməlliyin zirvəsinə yüksəldərək yeni lider obrazını yaratmışdır. Biz, uzun illər tədqiqatçıları düşündürən “lider doğulur, yoxa sonradan formalaşır” sualına cavab tapmış oluruq.Lider həm doğulur,həm də sonradan formalaşır. Sadəcə olaraq, lider kimi doğulanlar həm də dahilik zirvəsinə çata bilirlərİlham Əliyev ətrafda gedən dəyişikliklərə diqqətlə yanaşaraq adekvat reaksiya göstərməyi bacarır. Yaranacaq istənilən vəziyyətə uyğun onun davranış strategiyası mövcuddur.O,cərəyan edən proseslərin xarakterindən çıxış edərək eyni keyfiyyətlə həm preventiv,həm situativ davranmağı bacarır ki,bu keyfiyyət də müasir liderlərdə çox nadir hallarda müşahidə olunur.  İlham Əliyevi müsir liderlərin böyük əksəriyyətindən fərqləndirən əsas cəhətlərindən biri də odur ki, o, tam müstəqil və qətiyyətlidir. O,maneələrə və təsirlərə baxmayaraq həmişə inamla, qətiyyətlə hədəfinə doğru gedir.

Azərbaycan xalqının və dövlətinin milli maraqlarının ən yüksək səviyyədə qorunmasından, ümumi məqsədlərə çatılmasından ibarətdir.İlham Əliyevi müasir harizmatik lider kimi səciyyələndirməyə imkan verən mühüm keyfiyyətlərindən biri də ondan ibarətdir ki,O, ümumi məqsədlərə çatılması istiqamətində cəmiyyət üzvlərini səfərbər edə bilir və bunun üçün stimullaşdırma mexanizmlərini düzgün müəyyənləşdirərək uğurla tətbiq edir.İlham Əliyev dövlət başçısı və siyasi lider kimi mövcud streotipləri sındıraraq sübut etmişdir ki, həyat fəaliyyətinin heç bir sahəsində çıxılmaz vəziyyət olmur.Hər bir mürəkkəb vəziyyətdən, çətinlikdən bir çıxış yolu vardır.Belə vəziyyətlərdə ən optiaml çıxış yolunu müəyyənləşdirə bilmək bacarığı kimi nadir keyfiyyətə malik olan İlham Əliyev bütün məsələlərdə Azərbaycan xalqının ona sarsılmaz etimadını və inamını qazanmışdır.Qeyd etdiyimiz kimi, müasir dövrdə əsl lider öz ölkəsi ilə yanaşı,dünyanı da dəyişməyi bacarır.İlham Əliyev prezidentliyi dövründə Azərbaycanın simasını tamamilə dəyişdi.Bu gün dünya Azərbaycanı tam yeni obrazda qəbul etməkdədir.O, öz ardıcıl,məqsədyönlü və sistemli fəaliyyəti ilə sübut etdi ki, Azərbaycan demokratik ideallara sadiq,dünyanın bütün ölkələri ilə konstruktiv əməkdaşlığa açıq ölkədir.İlham Əliyev dünyada cərəyan edən proseslərdə ciddi fəallıq nümayiş etdirərək Azərbaycanı bu proseslərin təsirli iştirakçısına çevirmişdir.Təsadüfi deyildir ki,bu gün Avropanın enerji təhlükəsizliyi problemindən bəhs edilərkən ilk yada düşən məhz Azərbaycan Respublikası olur.Regionda həyata keçirilən nəhəng enerji layihələrinin əsas iştirakçısı olmaqla Azərbaycan beynəlxalq enerji təhlükəsizliyinin əvəzolunmaz subyektinə çevrilmişdir. Bu prosesdə liderin həlledici rolu danılmazdır.Bütün beynəlxalq əməkdaşlıq sahələrində Azərbaycanın etibarlı tərəfdaş kimi tanınması İlham Əliyevin qətiyyəti,çevik davranışları,müdrik siyasi manevr etmə qabiliyyəti sayəsində mümkün olmuşdur.

Son dövrlərdə Azərbaycan ən mötəbər beynəlxalq tədbirlərə nəinki uğurlu ev sahibliyi etmişdir,həmçinin,belə tədbirlərin ən yüksək səviyyədə və təhlükəsizlik şəraitində həyata keçirilməsinin yeni standartlarını yaratmışdır.Birinci Avropa Oyunlarını yüksək səviyyədə təşkil edərək İlham Əliyev bir neçə hədəfi birdən vurmuşdur.Hər şeydən öncə,beynəlxalq ictimai şüurda Azərbaycan dövlətinin pozitiv imici daha da möhkəmləndirilmiş oldu. Oyunların keçirildiyi ərəfədə Azərbaycana səfər edən çoxsaylı xarici qonaqlar burada demokratikləşmənin, azadlığın və tolerantlığın yüksək səviyyəsini öz gözləri ilə gördülər.Birinci Avropa Oyunlarının uğurlu təşkili ölkəmizə olan beynəlxalq etimadı əhəmiyyətli dərəcədə artırmışdır.Bütünlüklə cəmiyyətin inkişafına, təhsil sisteminin daha da təkmilləşməsinə, daha səmərəli olmasına müsbət təsir göstərməklə yanaşı, idmançıların beynəlxalq yarışlarda uğur qazanmalarına və dünya səviyyəsində Azərbaycanın imicinin möhkəmlənməsinə səbəb olur.Bütün bunların nəticəsidir ki,Azərbaycan idmançıları beynəlxalq yarışlarda çoxlu sayda medallar qazanırlar”.Birinci Avropa Oyunlarının təşkilindən sonra beynəlxalq ictimaiyyətdə qəti olaraq belə təsəvvür formalaşdı ki, Azərbaycan istənilən xarakterli və miqyaslı tədbiri ən yüksək tələblərə cavab verəcək səviyyədə həyata keçirməyə qadirdir.İlham Əliyev daxili və xarici müstəvidə həmişə praqmatik siyasət həyata keçirmək bacarığı və iradəsi ilə diqqəti cəlb edir.Azərbaycan xalqının gələcəyi yalnız neft gəlirlərindən və zəngin təbii resurslardan asılı deyildir.Dövlətin və xalqın gələcək rifahını etibarlı təmin etmək üçün yüksək elm və təhsilə yiyələnmək ən vacib məsələlərdəndir.Həmçinin,ən yeni nəsil informasiya və kompüter texnologiyalarının müxtəlif fəaliyyət sahələrində geniş tətbiqi,insan kapitalının formalaşdırılması müasir inkişafın mərkəzi sütununu təşkil edir. İlham Əliyev ölkəmizin texnoloji asılılığının aradan qaldırılmasını,dünya iqtisadi inteqrasiya prosesində daha fəal iştirak etməyi,elmi-texniki nailiyyətlərdən daha səmərəli və geniş istifadə etməyi fəaliyyətinin prioritet istiqaməti kimi müəyyənləşdirmişdir.Müasir dünyamızda sürətlə ən məhdud “resursa” çevrilən siyasi sabitliyin Azərbaycanda etibarlı təmin olunmasını İlham Əliyevin yaradıcı və təkmilləşdirici lider kimi fəaliyyətinin ən böyük uğurlarından biri kimi qiymətləndirmək olar.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müasir demokratik,patriot siyasi lider kimi ən başlıca mənəvi və idarəedicilik keyfiyyəti həm də ondan ibarətdir ki,o, ümumi rifah naminə atdığı bütün addımlarında xalqına arxalanır.Tarixi təcrübə sübut edir ki,liderinin xalqına arxalandığı və xalqı üçün yaşadığı ölkə həmişə tərəqqi edir. İlham Əliyev xalqına güvənir və xalqı üçün yaşayır.Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər gördü.Nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Olimpiya İdman Komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına,yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verdi.

Prezident İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib.Azərbaycana Prezident kimi rəhbərlik etdiyi ilerdə ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb.Azərbaycanın siyasi,iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib.Bu gün regionda reallaşdırılan bütün beynəlxalq,irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı,xalqımızın firavan həyatı,ölkənin 30 ilə yaxındır ki,pozulmuş ərazi bütövlüyünün bərpası idi.Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların,əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması.2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı.Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu,xalqımızı dünyada mübariz,döyüşkən və müzəffər xalq kimi tanıtdı.Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması,öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır.Bu qayıdış Böyük Qayıdış olmaqla təkcə azərbaycanlıların Qarabağa deyil,vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını əhatə edəcəkdir.Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli,Azərbaycan xalqını daha güclü,Azərbaycan bayrağını daha uca etməyə hədəflənib.Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının tükənməz aktuallığını təmin edir. Sözügedən strategiya yeni infrastrukturun yaradılması ilə yanaşı,işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir.Güclü xalq,dövlət başçımız İlham Əliyev cənabları hər dəfə Prezidentt seçilməklə güclü dövlət,güclü lider vəhdəti müstəqil və müasir Azərbaycanın qüdrətinə çevrildi,2003-cü il 15 oktyabr prezident seçkiləri ölkəmiz üçün əsil uğur təntənəsi olaraq zamanın axarında öz layiqli yerini tutan Azərbaycan bundan sonra da möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının uzaqgörən siyasəti və müdrik rəhbərliyi sayəsində inkişaf edəcək və çiçəklənəcək.

Aparılan uğurlu siyasət nəticəsində ölkədə sosial-iqtisadi vəziyyət xeyli yaxşılaşdı, multikultural ənənələrə və milli-mənəvi dəyərlərə söykənən bir cəmiyyətin formalaşması təmin edildi.Eyni zamanda,dünyada enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın artan rolu,ölkənin yeni imkanları beynəlxalq əməkdaşlığı kifayət qədər gücləndirdi,İlham Əliyevin “neft kapitalını insan kapitalına çevirək” şüarı Azərbaycanın gələcək inkişafını təmin etdi.Bu gün regionda reallaşdırılan bütün beynəlxalq,irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.Cənab Prezidentin sülhsevər və xeyirxah siyasətinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsi ilə bağlı kifayət qədər faktlar var,belə ki,tez-tez dünyanın ən nüfuzlu liderlərindən biri elan olunmağı həyata keçirilən uğurlu siyasətin məntiqi nəticəsidir.Prezident İlham Əliyev Azərbaycan xalqının lideri kimi bəşəri və milli-mənəvi dəyərlərə sadiqliyini nəinki sözdə, əməli işdə də dünyaya nümayiş etdirdi.Humanizm prinsiplərinin bəşəriyyətin ən böyük dəyəri olduğunu, dünyada sülhün,əməkdaşlığın təmin olunmasının vacibliyini ən mötəbər tribunalardan beynəlxalq ictimaiyyətə dəfələrlə bəyan etmişdir.Vətən və xalq qarşısında Cənab Prezidentin ən böyük xidmətlərindən biri də qüdrətli və müzəffər ordunun yaranmasıdır.Müasir ordu quruculuğu istiqamətində atılan vacib addımlar Azərbaycan Ordusunu dünyanın ən güclü orduları sırasına daxil etdi.Məhz güclü Ordu və ona rəhbərlik edən Müzəffər Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyev Prezident kimi 19 illik gərgin əməyinin nəticəsində 30 il işğal altında qalan Azərbaycanı 44 gün ərzində öz ərazi bütövlüyünə qovuşdurdu,xalqımızı dünyada mübariz,döyüşkən və müzəffər xalq kimi tanıtdı.Azərbaycanın hər bir sahədə əldə etdiyi bütün uğurların, nailiyyətlərin əsasında yalnız və yalnız Prezident İlham Əliyevin rəhbərliyi ilə tətbiq olunan düzgün idarəçilik modeli dayanır.Hal-hazırda Doğma Qarabağımızda ölkəmiz tərəfindən təkbaşına sürətlə aparılan və bütün dünyaya nümayiş etdirilən yenidənqurma,bərpa, abadlaşdırma işlərinin fonunda işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli üçün yaradılmış Əlaqələndirmə Qərargahı bu istiqamətdə mühüm işlər aparır.Yeni infrastrukturun yaradılması ilə yanaşı,bir çox dövlətlər üçün nümunəvi hesab olunan müasir idarəçilik modelinin tətbiqi işğaldan azad olunan ərazilərimizi ümumən regionun yeni inkişaf mərkəzinə çevirməkdədir.Prezident İlham Əliyevin rəhbərliyi ilə yurd-yuvalarından didərgin düşən soydaşlarımız tezliklə öz evlərinə qayıdacaqlar və bu qayıdış Böyük Qayıdış olmaqla təkcə azərbaycanlıların Qarabağa deyil,vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını əhatə edəcəkdir.Bu gün Azərbaycan xalqı öz Liderinin ətrafında sıx birləşərək ona sonsuz etimad, inam,dəstək nümayiş etdirir və bu da təbiidir,cəmiyyətimiz Prezident İlham Əliyevi vətənpərvərlik,qətiyyət, əzm, prinsipiallıq və dönməzlik rəmzi olaraq görür.

İlham Əliyev heç bir halda dövlətinin milli maraqları məsələsində güzəştə getməməklə, ölkəsinin məsuliyyətinin mahiyyətini dəqiqliklə dərk etdiyini və bu məsuliyyəti ləyaqətlə daşımağı özünün həyat kredosu kimi müəyyənləşdirdiyini sübut edir.Siyasi lider kimi İlham Əliyevin siyasi portretinin ən qabarıq və vacib cizgilərindən biri də ondan ibarətdir ki,O, özünün bütün istiqamətlərdəki fəaliyyətində sistemliliyi gözləyir.Bu,İlham Əliyevi digər xalqların liderlərindən fərqləndirən əsas cəhətlərdəndir.Azərbaycan Respublikasında qarşıda duran ümummilli məqsədlərə səmərəli çatılmasını şərtləndirən də məhz ölkə rəhbərinin bu keyfiyyətidir!

Orxan İsmayılov, 
T.C Eskşehir Osmangazi üniversitetinin tələbəsi,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının fəal üzvü

Daha çox xəbərlər