Hadisə 

Keçmiş universitet müəllimi özünü yandırdı — YENİLƏNİB

Samux rayonunda özünü yandıran keçmiş universitet müəllimi xəstəxanada ölüb.

ARANTV.AZ Report-a istinadən xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

***

ARANTV.AZ-ın Report-a istinadən verdiyi məlumatına görə, hadisə rayonun Qovlarsarı kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1941-ci il təvəllüdlü Həsən Qəzənfər oğlu Yusifov üzəri alovlanmış vəziyyətdə yaşadığı evin həyətindən küçəyə çıxıb. Ətrafdakıların köməyi ilə alov söndürülüb və H.Yusifov xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. H.Yusifovun özü-özünü yandırdığı ehtimal olunur.

Onun kənd təsərrüfatı üzrə elmlər namizədi olduğu və əvvələr universitetlərin birində müəllim işlədiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər

Leave a Comment