Onun vətən sevgisi, yurd bağlılığı, dostcanlılığı bu müharibədə də özünü ən yüksək şəkildə göstərib.
Onun dəfn mərasiminə qatılan yaralı döyüş yoldaşları anasının əlindən öpüb deyirlər ki, “bizim hamımızı Mehman xilas edib. Biz bu gün həyatımızı Mehmana borcluyuq”. Daim dayısıyla telefon əlaqəsi saxlayan döyüşçümüz onun “ehtiyatlı ol, özünü qoru” tövsiyələrinə “yanında qardaşların şəhid olarsa, heç gözünü qırparsanmı?” – deyə cavab verir. Son danışığında isə dayısına “mən bu gecə şəhid olsam, atam, anam, yoldaşım və balam sənə əmanət” – deyir. Çünki yenicə ailə həyatı qurmuş Mehmanın üzünə, qoxusuna doya bilmədiyi 3 aylıq Damla adlı qız balası var. Şəhidimizdən geriyə qısa ömrünə sığdırdığı qürur dolu xatirələri, Damlası və ölümündən 2 saat əvvəl, yaralı halda çəkdirdiyi şəkli qaldı…
Ölümündən sonra “Vətən müharibəsi iştirakçısı”, ” Ağdamın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.