Gürcüstanın Baş naziri: “Dostluq, dinc əməkdaşlıq və firavanlıq bizim ümumi məqsədimizdir” – FOTO
“Prezident İlham Əliyevi qonaq etməkdən şadam”.
Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili öz “Twitter“ hesabında yazıb.
Gürcüstanın rəsmisi qeyd edib ki, görüşdə Gürcüstan-Azərbaycanın strateji tərəfdaşlığı müzakirə edilib.
“Gürcüstan və Azərbaycanın uzunmüddətli strateji tərəfdaşlığını, perspektivləri və nəhəng potensialı müzakirə etdik. Regionda dostluq, dinc əməkdaşlıq və firavanlıq bizim ümumi məqsədimizdir”, – deyə İrakli Qaribaşvili bildirib.

