Kriminal 

Bakıda kişi sevgilisini kürəyindən bıçaqladı – VİDEO

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

ARANTV.AZ  xəbər verir ki, hadisə rayonun Əmircan qəsəbəsində qeydə alınıb.

1978-ci il təvəllüdlü Abdullayeva Firəngiz Heto qızı vətəndaş nikahında yaşadığı Rəşad adlı şəxs tərəfindən kürək nahiyəsindən bıçaqlanıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

oxu.az

Daha çox xəbərlər