Yeni tədris ilində peşə təmayüllü siniflərin fəaliyyəti
Qarabağ Regional Təhsil İdarəsi Bərdə rayonu Sektorunun müdiri Qurban Məmmədov bugün Təhsil Nazirliyinin Peşə təmayüllü siniflər layihəsinin ixtisas fənləri üzrə imtahanlarının sertifikatlarını təqdim etdi. Layihə dərslərinin gedişi və şagirdlərimizin əl işləri ilə tanış oldu. Layihəmizə daim dəstək olan Qarabağ Regional Təhsil idarəsinin rəisi Gündüz Əbdülov və Qarabağ Regional Təhsil İdarəsi Bərdə rayonu Sektorunun müdiri Qurban Məmmədov -a təşəkkür edirik.







