Hadisə 

Fazil Məmmədovun ölüm xəbəri təsdiqləndi – YENİLƏNİB

Sabiq vergilər naziri Fazil Məmmədovun ölüm xəbəri təsdiqlənib.

Bununla bağlı Oxu.Az-a mərhumun yaxınları məlumat verib.

Bildirilib ki, F.Məmmədovun nəşinin Azərbaycana gətirilməsi istiqamətində tədbirlər görülür.

İlkin məlumata görə, sabiq nazir ötən gecə müalicə aldığı xəstəxanada ürək çatışmazlığından vəfat edib.

09:00

Sabiq vergilər naziri Fazil Məmmədovun vəfat etdiyi iddia olunur.

Oxu.Az bildirir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Mərhumun nəşi bu gün Bakıya gətiriləcək.

Qeyd edək ki, F.Məmmədov 2000-2017-ci illərdə Azərbaycanın vergilər naziri olub.

Daha çox xəbərlər