Hadisə 

Atadan dəhşətli əməl: Dörd il qızını zorlayıb

Bakının Ramana kəndində itən 15 yaşlı qızla bağlı təfərrüatlar məlum olub.

ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, Sabunçu rayon Polis İdarəsindən bildiriblər ki, gənc qız 7 gündən sonra tapılıb.

Polislər gəncin həyatına dair dəhşətli həqiqət aşkar ediblər. Qız 11 yaşından ögəy atası tərəfindən mütamadı olaraq zorlanıb. Uşaq artıq dözə bilməyib evdən qaçıb.

Polis əməkdaşaları qızın ögəy atasını saxlayıblar. O, tikintidə fəhlə işləyir. Gənc qız ögəy atası ilə bir yerdə qala bilmirdi, o səbəbdən evdən qaçıbmış.

“Hadisəni günahkarı ilk olaraq anadır. Çünki o qızının təhülükəsizliyini qorumayıb. Biz əmin deyilik ki, onun xəbəri olmayıb baş verənlərdə”. – polisdən deyiblər.

Daha çox xəbərlər