Hadisə 

Tovuzda göbələk yeyən çoban zəhərlənib öldü

Tovuzda 54 yaşlı kişi qidadan zəhərlənərək ölüb.

ARANTV.AZ xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kəndindəki fermalardan birində qeydə alınıb.

Belə ki, rayonun Qədirli kənd sakini, 1965-ci il təvəllüdlü Yüsif Hüseynov çoban çalışdığı fermada qidadan zəhərlənərək ölüb.

Onun göbələkdən zəhərləndiyi ehtimal edilir.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.Unikal.org

Daha çox xəbərlər