Region Xəbərləri 

Kürdəmirdə ötən ildəkindən 411 ton çox meyvə istehsal olunub

Cari ilin on bir ayında Kürdəmir rayonunda 36 min 728 ton meyvə istehsal edilib. Bu göstərici ötən ildəkindən 411 ton çoxdur.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, hazırda Kürdəmirdə meyvə bağlarının sahəsi 3772 hektara çatıb. Kürdəmirdə əsasən nar, heyva, alça, gavalı, xurma və digər meyvələr yetişdirilir.

Qeyd edək ki, son illər narçılığa maraq xeyli artıb. Təsadüfi deyil ki, bağların çoxu – 3223 hektarı məhz nar bağlarıdır. Bu il də rayonda istehsal olunan meyvələrin 32 min 338 tonu və ya 88,6 faizi nardır.

Daha çox xəbərlər