Bakıda sürücü 27 yaşlı oğlanı vurub qaçdı
Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, hadisə ötən gecə paytaxtın Yasamal rayonu, Moskva prospekti 80 ünvanının qarşısında baş verib.
Gecə saat 04 radələrində Sumqayıt şəhər sakini, 1992-ci il təvəllüdlü Fətullayev Hikmət Gülağa oğlu naməlum avtomobil tərəfindən vurulub.
Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

