İt damında saxlanılan kişi ilə bağlı şok faktlar üzə çıxdı: Arvadı döyüşə getdiyi üçün ondan boşanıb
Xəbər verdiyimiz kimi, Azərbaycanda bacı qardaşını it damında saxlayır. Bunu Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi “Səni axtarıram” verilişinə çıxan bacısı Rübabə bildirib. İt damında yaşayan Bəylər bildirib ki, bacısı Sürayə onu burada saxlayır. “58 yaşım var. 3 övladım var. Uzun müddətdir ki, burada yaşayıram”.
ARANTV.AZ xəbər verir ki, it damında saxlanılan Bəylərlə bağlı bəzi təfərrüatlar bəlli olub.
Məlum olub ki, həyat yoldaşı Dilşad döyüşə getdiyinə görə Bəylər ondan ayrılıb.
Rübabə bildirib ki, gəlinləri Dilşad Ağdamda vuruşub:
“Dilşad cəbhəyə getdiyinə görə qardaşım ondan ayrıldı. Qardaşımın psixoloji problemlər var idi. Dilşad bir dəfə sizin efirə çıxaraq Əliyə maddi köməklik edib. Hazırda Dilşad Qrabağ əlilidir”. big.az

