Şou biznes 

Seyrandan Şərq melizmlərinin mistikasını özündə birləşdirən mahnı

Hər zaman fərqli janrlarda mahnılar ifa edən Seyran İsmayılxanov bu dəfə də maraqlı bir mahnı ilə gündəmə gəlib. ARANTV.AZ  xəbər verir ki, ifaçı “Улетай на крыльях ветрa” (“Küləyin qanadlarında uç”) adlı rus mahnısına çəkilmiş klipini təqdim edib. Layihə haqqında məlumat verən müğənni bu mahnını təbiət qoynunda yazdığını deyib: “Əsərdə şərq melizmlərinin mistikasına qapılıb olduğunuz məkandan ruhən tərki-dünya ola bilərsiniz. Tərki-dünya olsanız, özünüzü ucsuz-bucaqsız bir səhralığın ortasında tapacaqsınız. Nə etməli? Nə axtarmalı? Nə görməli? Nə düşünməli? Nə sorğulamalı? Onu artıq sizin xəyal gücünüzə buraxıram”. Qeyd edək ki, Seyran sözügedən mahnıya çəkilmiş klipdə fərqli bir imicdə geyinib. Bəstə 2 dildə – Alman və rus dilində ifa olunub. Mistik elementləri hiss olunan ekran işinin rejissoru ifaçının özüdür. Klip İspaniyada ərsəyə gətirilib.

Daha çox xəbərlər