Cəmiyyət 

Azərbaycanda qida təhlükəsizliyi sahəsində özəl laboratoriyalar da yaradıla bilər

“Azərbaycanda qida təhlükəsizliyi sahəsində özəl laboratoriyalar yaradıla bilər”.

ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2019-2025-ci illər üçün Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması üzrə Dövlət Proqramının təqdimatı zamanı deyib.

O bildirib ki, agentlik özəl laboratoriyaların yaradılmasında maraqlıdır:

“Hazırda bu sahədə iş aparılır və müvafiq qurumlara müraciətlər edilib”.

Sədr qeyd edib ki, bu laboratoriyalar standartlaşdırma aparıldıqdan sonra ekspertiza həyata keçirə bilərlər.

Daha çox xəbərlər