Hadisə 

Hamilə qadını avtomobil vurdu

Bakının Xəzər rayonunda hamilə qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobil yolu keçən 1985-ci il təvəllüdlü S.Qafarovanı vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin əziyi və döş qəfəsinin küt travması diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Daha çox xəbərlər