Bölgə Region Xəbərləri 

Azərbaycan ədəbi mühitində özünə məxsus yeri olan yazar Mircəfər Seyidov

Azərbaycan ədəbi mühitində özünə məxsus yeri olan yazar Mircəfər Seyidov
70 yaşın işığında yazıb- yaradan ədib Mircəfər Seyidov 1952-ci ildə anadan olmuşdur. 1969-cu ildə Bərdə şəhər 5 saylı orta məktəbi, 1975-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir.
1975-ci ildə əmək fəaliyyətinə başlamış, uzun müddət mətbuat və nəşriyyat sahəsində işləmiş, o cümlədən “Bərdə” qəzetinin redaktoru olmuşdur. Müxtəlif illərdə “Azərbaycan gəncləri”, “Ədəbiyyat və incəsənət” qəzetlərində və digər mətbu orqanlarda hekayə, şeir və esseləri dərc olunub, 1980–1985-ci illərdə iki ədəbi almanaxda hekayələri nəşr edilib. Bundan əlavə müxtəlif qəzet janrlarında yazılmış və dərc olunmuş 2000-dən çox məqalənin müəllifi, 100-dən artıq kitabın redaktorudur 2016-cı ildə yazdığı “Bərdə şəhidləri” (1996) kitabına görə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyinin “Fədai” medalına layiq görülmüşdür.
Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Hazırda AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda elmi işçidir.
Yazıçı Mircəfər Seyidovun xeyli sayda kitabı işıq üzü görüb. Qeyd olunan kitabları yazıçının şahidi olduğu hadisələr əsasında yazıldığından oxucular tərəfindən rəğbətlə qarşılanıb. Yazarın kitabları aşağıdakı adları daşıyır.
1. Göylərə çəkilmiş ümid (şer və hekayələr). Bakı: Sabah, 1993.
2. Bərdə şəhidləri (oçerk və esselər). Bakı: Sabah, 1996.
3. Ələviyyə ana (sənədli hekayə). Bakı: Elm, 1999.
4. Kişi var eldən gedər (publisistika). Bakı: Elm, 2000.
5. Kərbəla (roman). Bakı: Nurlan, 2001.
6. Cəbhə hekayələri. Bakı: Sabah, 2001.
7. Bərdə şəhidləri (təkrar nəşr əlavələrlə). Bakı: Sabah, 2005.
8. Kərbəla (roman, təkrar nəşr). Bakı: Sabah, 2005.
9. Peyğəmbər (roman). Bakı: Sabah, 2008.
10. Düşüncələr Bakı: Sabah, 2008.
11. Qəfil oyanış. Bakı: Elm, 2011
12. Oqtay həkim (publisistika). Bakı: 2015.

Yazıçı əsərlər yazıb araya ərsəyə gətirməklə yanaşı həm də xeyli sayda kitab tərtib edib.
1. Vətən sevgisi. Bakı: Sabah, 2001.
2. Nəğmələr, düzmələr, sınamalar, oxşamalar. Bakı: Sabah, 2001.
3. Sehrli nağıllar. Bakı: Sabah, 2001.
4. Kitabi-Dədə Qorqud – Əkrək və Səkrək, Qanturalı və Selcan xanım, Basatın Təpəgözü öldürməsi (uşaqlar üçün işlənmiş variant). Bakı: Sabah, 2001.
“Məktəbli kitabxanası” seriyasından tərtib etdiyi kitabçalardandır.
Bu il ədib, yazar Mircəfər Seyidovun 70 yaşı tamam olur.

Ömrünün əsas hissəsi Bərdə ilə bağlı olan yazıçı sonralar Bakının akademik ədəbi mühitində davam etdirməli olub.Bu gün də Bərdədən ədəbi yaradıcılığa başlayan Mircəfər Seyidov müdriklik yaşının bir pilləsini də qalxmış olub. Ömrün bu yaşına yetişən yazarımız, tanınmış jurmalistimizi 70 yaşın yüksəlişinə görə təbrik etmə borcu da bizə düşər.

Bizdə ARAN TV  kollektivi olaraq Mircəfər müəllimi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona uğurlar və möhkəm cansağlığı arzulayırıq.

Vüsal Rafiqoğlu – Arantv.az

Daha çox xəbərlər