Kriminal 

Azərbaycanda məmura mənimsəməyə görə cinayət işi açıldı

Azərbaycanda vəzifəli şəxs mənimsəmədə təqsirləndirilir.

Lent.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 18 saylı ərazi məşğulluq mərkəzinin rəhbəri Ağayev Azər Vəkil oğlu və mərkəzin baş mühasibi Mustafayev Rauf Abış oğlu külli miqdarda mənimsəmədə ittiham olunur.

Məlumata görə, onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törtədildikdə) maddəsilə cinayət işi açılıb.

Cinayət işinin növbəti istintaqına Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Qeyd edək ki, 18 saylı ərazi məşğulluq mərkəzinə Tərtər, Bərdə, Ağdam və Naftalan rayonları daxildir.

Daha çox xəbərlər