Misirin paytaxtı Qahirədə ticarət mərkəzlərinin yerləşdiyi Muski bölgəsində bir obyektdə yanğın baş verib.
ARANTV.AZ publika.az-a istinadən xəbər verir ki, qısa zamanda böyüyən yanğın digər iş yerlərinə də yayılıb.
Hadisə yerinə çoxlu sayda təcili yardım maşını gəlib. Yanğın zamanı 51 nəfər yaralandı, 8 obyekt isə yanaraq istifadəyə yararsız hala düşüb. Yanğın 10 saat ərzində söndürülüb.
Hadisənin baş vermə səbəbi araşdırılır.
