Pakistanda avtobus alışdı: 8 nəfər yanaraq öldü

Pakistanda sərnişin avtobusu alışıb.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, hadisə ölkənin şimalında Pencab vilayətinin Celam şəhərində baş verib.

Hərəkətdə olan sərnişin avtobusunun alışması nəticəsində azı 8 nəfərin yanaraq öldüyü, daha 4 nəfərin yaralandığı bildirilir. Yaralılar xəstəxanaya yerləşdirlib.

Ümumilikdə avtobusda 16 nəfər olub, yanğın başlayan zaman 4 nəfər pəncərədən özünü ataraq xilas ola bilib.

Avtobusun Lahordan Ravalpindiyə hərəkət etdiyi qeyd edilir.

Yanğının hansı səbəbdən baş verməsi məlum deyil. Polis araşdırmalara başlayıb.