Hadisə 

Qusarda hovuzda meyiti tapılan şəxs intihar edibmiş – YENİLƏNİB

Qusar rayonunda hovuzda meyiti aşkarlanan şəxsin kimliyi məlum olub.

“Report”un Şimal bürosunun məlumatına görə, rayonun İmamqulukənd kəndinin sakini, 1960-cı il təvəllüdlü Xosrovov Şirvan Abdulhəlim oğlu hovuzda boğularaq ölüb.

Onun intihar məqsədi ilə özünü hovuza atdığı bildirilir.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

10:04

Qusarda bir nəfər hovuza düşərək ölüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qusar rayonunun İmamqulukənd kəndində 1 nəfərin dərinliyi təqribən 3 metr olan hovuza düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə 1 nəfərin meyitini hovuzdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Daha çox xəbərlər