Bakının Yasamal rayonunda zəncirvari qəza baş verib.
ARANTV.AZ xəbər verir ki, bu barədə hadisə şahidləri BAKU.WS-‘ məlumat veriblər. Bildirilir ki, Yasamalda ASAN xidmətin qarşısında 165 saylı sərnişin avtobusu qarşısında yağ şirkətinə məxsus avtomobilə çırpılıb.
Zərbənin təsirindən həmin avtomobil qarşısında olan maşınlara dəyib.
Qəza zamanı 9 maşına zərər dəyib. Eyni zamanda, avtobusda olan bir sərnişinin qorxudan halı pisləşib.
Baş verən qəzanın görüntülərini təqdim edirik:
