Gündəm 

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI AKADEMİK ZİYA BÜNYADOV ADINA ŞƏRQŞÜNASLIQ İNSTİTUTU

ŞƏRQŞÜNAS ALİM ÖZBƏKİSTAN VƏ TÜRKİYƏ SAYTLARINDA 20 YANVAR FACİƏSİNDƏN YAZDI

 

Bakı şəhəri                                                             20 yanvar 2023-ci il

 

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı Özbəkistan və Türkiyə saytlarında 1990-cı ilin 20 Yanvar faciəsindən yazıb. Şərqşünas alimin məqalələri Özbəkistanın human.uz saytında və  Türkiyədən yayımlanan kriminsesigazetesi.com saytında dərc edilib.

human.uz saytında rus dilində dərc olunan “1990-cı ilin 20 Yanvar faciəsi: Azərbaycan xalqının müstəqillik yolu” adlı, eləcə də  kriminsesigazetesi.com saytında dərc edilən “20 Yanvar faciəsi və Azərbaycan xalqının azadlıq uğrunda əzmi” adlı məqalələrdə faciəvi hadisələr barədə ətraflı məlumat verilir və xalqımızın müstəqilliyə doğru keçdiyi yolun məhz bu hadisələrdən keçdiyi qeyd edilir. Məqalələrdə 1990-cı ilin yanvar günlərində Bakıda, Neftçalada, Lənkəranda sovet ordusunun cinayətləri faktlarla göstərilir.

 

Vüqar Məmmədov,

AMEA Şərqşünaslıq İnstitutunun
ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı,

filologiya üzrə fəlsəfə doktoru

 

Əlaqə:

(012) 539 23 51

(050) 252 04 73
(055) 644 99 87
azerb.sharq@gmail.com

Daha çox xəbərlər