O necə qardaşdır ki?…
“Azərbaycan gözümüzün nurudur” deyib ayağımızın altını qazır
Son zamanlar Azərbaycan barədə “qatıqlayan” İran rəsmilərindən biri “bazara” yenə də “üzsüz qatıq” çıxarıb.
Bizim üçün “ürəyi od tutub yanan” qanlı SEPAH-ın keçmiş qatil komandiri və hazırda İran Məsləhət Şurasının katibi olan Möhsün Rzayi Azərbaycan Respublikasına bir sıra “qiymətli məsləhətlər” verib. O, sosial media hesabında etdiyi paylaşımında Azərbaycanın “başqa dövlətlərin təsiri altında” olduğunu iddia edib. “İran və Azərbaycan Respublikası arasında milli, coğrafi və tarixi bağlar mövcuddur. Bakı Tehrandan ayrı deyil. Bizim qardaş məsləhətimiz budur ki, ölkənin hökumət başçıları İsrail və Amerikanın tələsinə düşməsinlər”, – deyə Rzayi yazıb.
Görün, bu “ağıllı” kimə, hansı məsləhəti verir? Bəyəm bu tipin xəbəri yoxdurmu ki, Şimali Azərbaycan otuz iki ildir ki, müstəqil yaşayır və müstəqil siyasət aparır. O vaxtdan ölkəmiz Sovet hakimiyyətinin boyunduruğundan azad olub və dünyanın bir çox dövlətləri ilə bərabər, qarşılıqlı hörmət və əməkdaşlıq şəraitində əlaqələr qurub. Ağayi Möhsün bu sözləri dili pəltək vura-vura deyir, bilir ki, yalan danışır. Necə yəni, “Bakı Tehrandan ayrı deyil”, nə vaxt bir olmuşdu ki, indi ayrı deyil? Özlərinin murdarlıqlarına bizi də bulaşdırmağa çalışdıqları burada özünü büruzə verir. Bundan bir qədər əvvəl isə keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti mətbuata utanmaz-utanmaz “Azərbaycan bizim gözümüzün nurudur” deyirdi. On doqquzuncu əsr düşüncəsi ilə fikirləşən bu qafillər elə bilirlər ki, bunların sözlərinə inanacağıq. Ay siz öləsiz.
Əmmaməli işğalçılar inamı iki yüz il əvvəl həmişəlik itiriblər. Bu arada daim geyindikləri maska dəfələrlə yırtılıb və kirli-pasaqlı idbar sifətləri, “yırtıcı dişləri” bayırda qalıb. Bizim cənubdakı qardaş-bacılarımızın qətliamları heç də yadımızdan çıxmayıb. Cəllad farsların vurduqları yaralar hələ də sağalmır. Oradakı soydaşlarımızın hüquqsuz kölə vəziyyətində yaşamaları gözümüzün önündədir. Həmin idbar sifətləri biz həm Birinci, həm də İkinci Qarabağ müharibələrində də gördük. Birinci müharibədə İranın Ermənistana hər köməyi gizli edilirdisə, ikinci müharibədə Azərbaycan Ordusu qalib gələndən sonra İran ölkəmizə bu xəyanəti açıq şəkildə göstərdi.
İran 30 il ərzində Azərbaycanın bölgədə təsirini məhdudlaşdırmaq üçün daim Ermənistana dəstək verib. Rəsmi Tehran indi Azərbaycan – İsrail münasibətlərindən necə qəzəblənirsə, Bakı da İranın Ermənistana dəstəyindən o qədər əsəbləşir. Qarabağda bütöv bir kəndi çəmi-cümlətanı 15 min dollara satın alan və azərbaycanlıların evlərini söküb öz xarabalarına daşıyan farslar deyildimi? Bəs bu necə qardaşlıqdır? Qardaş da qardaşın yurdunun dağıdılıb xaraba qoyulmasında onun düşməni ilə əlbirlik edərmi? Əlbəttə, etməz, edirsə deməli, o xain və alçaqdır.
İkinci Qarabağ müharibəsindən sonra Ermənistan Azərbaycana qarşı məhdudlaşdırıcı rolunu oynaya bilmir, bizə tərəf uzanan qartmaqlı caynaqları kəsilib. Bakı İsraillə əlaqələrini genişləndirməyə başlayıb – səfirliyin açılıb, texnologiya və qarşılıqlı dəstək davam edir. Yəni, indi Azərbaycan İranla onun öz dili ilə danışır. Görünən odur ki, İranın kinli rəhbərləri Azərbaycanın qələbəsini həzm etmək istəmir və çıxardıqları oyunlar da bunu sübut edir. Araz çayı sahilində Azərbaycan tərəfə “əzələ oynatması”, hərbi təlimlər keçirməsi, Araz sahilində panton körpülər nümayiş etdirilməsi, generalların və bəzi yüksək vəzifəli şəxslərin ölkəmizi hədələməsi yaddaşımızdan çıxmayıb. Yeri gəlmişkən, Azərbaycan bütün bu təhdidlərin cavabını beşqat artıq verdi. İndiyədək belə təpki görməyən əmmaməli qatillər odla oynadıqlarını başa düşüb dərhal geri çəkildilər. Anladılar ki, bu dəfə şirin quyruğu ilə oynamayacaqlar, onu kökündən kəsib atacaqlar.
Fikir verdinizsə, ağayi Möhsün sözarası olaraq əsl niyyətini vurğuladı, İsrail və ABŞla dostluğumuzdan narahat olduğunu dilə gətirib “onlara uymayın” dedi. Bəlkə bu cındır ağa düşünür ki, Azərbaycan özünə dost və tərəfdaş seçəndə bunlardan icazə almalıdır? Əslində narahatçılığı və qorxunu onlar müharibədən az sonra bildirmişdilər. İsrail şirkəti Araz cayı sahilindəki ərazilərdə kənd təsərrüfatı təyinatlı obyektləri tikərkən. Kölgəsindən belə qorxan İran başçıları həmin obyektləri “hərbi təyinatlıdır” deyib şoka düşdülər. Hansı məntiqə sığır ki, sən bizim düşmənimizlə “qardaşlıq” edə bilərsən, ancaq mən sənin düşməninlə dostluq edə bilmərəm? Müstəqil, azad Şimali Azərbaycanın getdikcə güclənməsi molla rejimini niyə bu qədər narahat edir?
İmperiya düşüncələrindən əl çəkmək istəməyən İranın gerizəkalı başçıları sonlarının yaxınlaşdığını hiss etdikcə daha da aqressivləşir və dördbir yanlarına boşuna hart-hurt edirlər. Ancaq keçmiş ola, zülmlə ikiyə ayırdığınız qardaşların arasında qanqal kimi bitməyiniz yetər. Əgər kişi kimi namus və şərəflə deyirsinizsə ki, “Azərbaycan bizim gözümüzün nurudur” onda Cənubi Azərbaycan ərazilərindən rədd olub gedin öz xarabanıza. Ancaq o humanizm sizdə yoxdur, namus və şərəfi isə 1828-ci ildə itirdiniz. İndi sizdən bu dəyərləri gözləmək mənasız işdir. Lakin az qalıb. Layiq olduğunuz yerə qoyulacaqsınız. Xalqımızın yarıdan çoxuna yaşatdığınız faciələr üçün bədəl ödəyəcəksiniz. Öz sonunuzu ağılsız və aqressiv siyasətinizlə elə özünüz yaxınlaşdırırsınız. Lap yaxşı, tezindən olsun!

