Dağıntılar üzərinə qoyulan məktub hər kəsi kövrəltdi – FOTO
Türkiyədə fevralın 6-da baş verən dəhşətli zəlzələdən sonra dağıntılar altında qalanların xilas edilməsi istiqamətində işlər davam etdirilir.
ARANTV.AZ türk mətbuatına istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində ən çox zərər görən şəhərlərdən olan Hatayda 7 mərtəbəli binanın dağıntıları üzərinə qoyulan qısa məktub görənləri kövrəldib.
Tapılan vərəqdə bu sözlər yazılıb:
“Burada qızım var. Xahiş edirəm… 13.02.2023”.
Məktubun zəlzələdən xilas olunan şəxs tərəfindən yazıldığı ehtimal edilir.



