Region Xəbərləri 

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Futbol üzrə bələdiyyə komandaları arasında Ağstafa rayon çempionatı keçirildi.

ARANTV.AZ xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Ağstafa rayon Gənclər və İdman İdarəsinin və YAP Ağstafa rayon təşkilatının birgə təşkilatçılığı ilə  5 aprel  – 10 May 2019-cu il tarixində rayonun bələdiyyə komandaları arasında futbol üzrə Ağstafa rayon çempionatı keçirilmişdir. Çempionatda ümumilikdə 18 komanda iştirak etmişdir. Ağstafa şəhər stadionunda təşkil olunan Çempionatda komandalar ilk olaraq qruplar üzrə mübarizə aparmış , final mərhələsində Poylu kənd bələdiyyə komandası 1-ci yerə , Ağstafa şəhər bələdiyyə komandası 2-ci yerə Poylu qəsəbə komandası isə 3 yerə  layiq görülmüşdur. 10 may 2019- cu il tarixdə Ağstafa şəhər mərkəzi stadionunda keçirilən final oyunundan sonra Qalib komandalari Ağstafa rayon İcra Hakimiyyətinin başçısı cənab Nizaməddin Quliyev  təbrik edərək onlari fəxri fərman və qiymətli hədiyyələrlə təltif etdi.

Daha çox xəbərlər