Ağstafada Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümü münasibəti ilə ağacəkmə aksiyası keçirildi
Bu gün Ağstafa rayon İcra hakimiyyətinin dəstəyi il rayonun idarə, müəssisə və təşkilat kollektivlərinin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümü münasibəti ilə ağacəkmə aksiyası keçirildi. Belə ki, Ağstafa şəhərində yerləşən gənclər parkında 250 yeni şam ağacları əkildi, şəhərin prospekt və küçələri boyunca salınmış yaşıllıqlara xüsusi qulluq göstərildi.

