Hadisə 

Evdən 10 min manatlıq qızıl-zinət əşyaları və pul oğurlandı

Tərtər rayonunda evdən 10 min manat dəyərində qızıl-zinət əşyaları və pul oğurlanıb.

ARANTV.AZ-ın  Report-a istinadən verdiyi məlumatına görə, hadisə rayonun Ağkənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Vəli Ziyad oğlu Tağıyevə məxsus yaşayış evinə girən naməlum şəxs və ya şəxslər yataq otağından qızıl-zinət əşyaları və pul oğurlayıblar.

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxs və şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam edirilir.

Daha çox xəbərlər

Leave a Comment